Ana səhifə XəbərlərCəmiyyət Bu sürücülər taksi fəaliyyəti göstərə bilməyəcək – RƏSMİ

Bu sürücülər taksi fəaliyyəti göstərə bilməyəcək – RƏSMİ

admin2

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirən taksi sürücülərinə şəhadətnamələr təqdim olunur.

Bu barədə taksi sürücülərinin ünvanladığı etirazlara cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təkliflər təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.

Qeyd edək ki, bu gün taksi sürücüləri tərəfindən “APA-Economics”ə ünvanlanan məktubda buraxılış vəsiqəsi olmayan sürücülərin saxlanılmamasına etiraz bildirilib. Məktubda qeyd olunub ki, bir çox sürücülər tibbi müayinədən və məcburi təlimlərdən keçib, bunun üçün kifayət qədər vaxt və pullarını sərf ediblər. Onlar işləməyərək təlimlərə getdiklərini və bu müddətdə qazanc əldə edə bilmədiklərini, bunun əvəzində təlimlərə getmədən işləyən sürücülərin isə həm o zaman, həm də indi saxlanılmadan qazanc əldə etdiklərini vurğulayıblar.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00