Ana səhifə XəbərlərCəmiyyət AZAL-ın vitse-prezidenti işdən çıxarılıb

AZAL-ın vitse-prezidenti işdən çıxarılıb

admin2

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-də kadr islahatları davam edir.

QSC-nin vitse-prezidenti Eldar Hacıyev də vəzifəsindən azad olunub.

O, 2015-ci ildən bu vəzifəni tuturdu. Eldar Hacıyev AZAL-ın rəhbərliyinə təyinat almazdan əvvəl “Silk Way” şirkətinin vitse-prezidenti, eyni zamanda AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru vəzifəsində çalşıb.

AZAL-ın rəsmi veb-səhifəsində də Eldar Hacıyevin adı rəhbərliyin siyahısından çıxarılıb.

QSC-nin Mətbuat Xidmətindən bildirilib ki, Eldar Hacıyev öz istəyi ilə bir neçə aydır qurumdan ayrılıb.

Xatıladaq ki, cari ilin sentyabr ayının 1-də Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2008-ci ildə təyin olunmuşdu. Ondan əvvəl – 1996-2008-ci illərdə isə Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru olub.

Cahangir Əsgərovun işdən çıxarılmasından sonra AZAL-da kadr islahatlarına start verilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00