162
Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qərarı qeyri-obyektiv və qeyri-konstruktivdir.
Bu barədə Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X”də yazıb.
“Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”, – keçmiş nazir yazıb.