Ana səhifə XəbərlərMədəniyyət 100 ildən sonra tapıldı, 54 milyon qiymət qoyuldu

100 ildən sonra tapıldı, 54 milyon qiymət qoyuldu

admin2

Avstriyalı rəssam Qustav Klimtin 100 ildir itdiyi hesab edilən rəsm əsəri Vyanada tapılıb. Yəhudi əsilli Frauleyn Lizerin portreti sonuncu dəfə 1925-ci ildə Avstriyada ictimaiyyətə görünüb.

AZƏRTAC İm Kinski hərrac evinin məlumatına istinadla xəbər verir ki, əsər 54 milyon dollar məbləğində dəyərləndirilib. “Belə nadir, bədii əhəmiyyətə və dəyərə malik rəsm əsəri Mərkəzi Avropanın incəsənət bazarında onilliklər ərzində mövcud olmayıb”, – deyə İm Kinski açıqlamasında bildirib.

Bir vaxtlar Vyanada varlı yəhudi sənayeçiləri olmuş Lizer ailəsinə məxsus portret hazırki sahibləri və Lizer ailəsinin varisləri adından aprelin 24-də hərraca çıxarılacaq. Hərrac evindən verilən məlumata əsasən, rəsm hərraca çıxarılmamışdan öncə Böyük Britaniya, İsveçrə, Almaniya və Honq-Konq da daxil olmaqla müxtəlif ölkələrdə təqdim olunacaq.

Klimtin əsərləri hərraclarda daim böyük məbləğlərə satılıb. Onun “Pərəstişkar xanım” əsəri 85,3 milyon funta satılaraq, Avropada indiyə qədər hərraca çıxarılan ən qiymətli sənət əsəri olub.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00