İran Ermənistana yardım təklif edir

İranın Ermənistandakı səfiri Mehdi Sobhani ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryana su anbarlarının tikintisinə köməklik təklif edib.

Bu barədə Ermənistan KİV-i nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Səfirin sözlərinə görə, Ermənistan zəngin su ehtiyatlarına malikdir və İran su anbarlarının tikintisi təcrübəsi baxımından dünyanın ilk on ölkəsi sırasındadır və Ermənistan üçün faydalı ola bilər.

Terteryan eyni zamanda bildirib ki, Ermənistan bu və digər sahələrdə İranla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.

Related posts

İbrahim Rəisi helikopter qəzasında HƏLAK OLUB

İran hökuməti Nizami Gəncəvini farslaşdırmaq üçün saxtakarlığa əl atır – FOTO

İranda qadınlar hicabdan qurtulacaq