231
İranda məcburi hicab bəhanəsi ilə repressiv “Əxlaq” polisi tərəfindən öldürülən 22 yaşlı Məhsa Əmininin dayısı Səfa Ayli Saqqız şəhərinin İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 5 il 4 ay və 17 gün həbs, o cümlədən iki il müddətinə ölkədən çıxış qadağası cəzasına məhkum edilib.
Bu barədə “Azad İran” Telegram” kanalı İranda İnsan Haqları Təşkilatı HENGAW-a istinadən məlumat yayıb.
Qeyd olunub ki, o, ölkənin daxili təhlükəsizliyinə qarşı əlbir olmaq, dövlət quruluşu əleyhinə təbliğat aparmaq, rəhbəri (Xameneini) təhqir etməkdə ittiham olunub.