Ana səhifə XəbərlərGüney İbrahim Rəisi Moskvaya GETDİ

İbrahim Rəisi Moskvaya GETDİ

admin2

İran prezidenti İbrahim Rəisi Vladimir Putinlə danışıqlar aparmaq üçün bu gün səhər Moskvaya səfər edib.

Məlumatı İrna agentliyi yayıb.

“Ölkəmizin prezidenti siyasətçilərdən və iqtisadçılardan ibarət yüksək səviyyəli nümayəndə heyətinin başında Rusiya prezidenti Vladimir Putinin rəsmi dəvəti ilə Moskvaya gedib”, – agentlik bildirib.
İran mətbuatının məlumatına görə, İslam respublikasının rəhbərini səfərdə neft naziri Cavad Oudji müşayiət edəcək. Agentlik aydınlaşdırıb ki, Putin və Rəisi ikitərəfli münasibətləri, iqtisadiyyatı, regional və beynəlxalq gündəmi müzakirə edəcəklər.
Görüşün əsas mövzusu isə İsraillə HƏMAS arasında münaqişə ola bilər.

Kremlin mətbuat xidmətinin bir gün əvvəl verdiyi məlumata görə, tərəflər nəqliyyat, enerji və ticarət-iqtisadi sahədə birgə layihələrə toxunacaqlar.
Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov əlavə edib ki, Putin və Rəisi nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə danışıqlar aparacaq, daha sonra işçi nahar formatında danışacaqlar.
Vladimir Putin ötən ilin sentyabrında Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İbrahim Rəisi ilə görüşüb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00