İranda seçkidə səslərə görə dava düşdü: Rəqib partiyalar bir-birinə bıçaqlı hücum etdilər – FOTO/VİDEO

İranın Kermanşah əyalətinin Sərpol-Zəhab şəhərində səsvermə məntəqəsində rəqib partiyalar bir-birinə bıçaqlı hücum ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, səslərə görə dava edən qruplar bıçaq və kəsici alətlə bir-birlərini yaralayıblar.

Qeyd edək ki, bu gün İranda seçki günüdür.

Səsvermə hüququ olan 61 milyondan çox İran vətəndaşı həm 290 yerlik İslam Şurası Məclisinin, yəni parlamentin deputatlarını, həm də 88 yerlik Ekspertlər Şurasının üzvlərini seçməlidir.

Related posts

İranda milli matəm elan edilib

İranın həlak olan prezidenti Ermənistana gəlməyə hazırlaşırmış

Helikopter qəzasında həlak olan Prezidentin nəşi Təbrizə göndərildi