Türkiyənin təhlükəsizlik qüvvələri İzmir şəhərində qanunsuz mərc saytlarını idarə edənləri və mütəşəkkil cinayətkar şəbəkənin üzvlərini həbs edib.
Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlama verib.
“Kartel-6” əməliyyatı zamanı mütəşəkkil cinayətkar dəstənin rəhbəri də daxil olmaqla 4 nəfər həbs edilib, 6 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə göstəriş verilib”,- nazir bildirib.
Məlumatda cinayətkar şəbəkənin başçısı Türkiyədə yaşayan iranlı Sədullah Əmirşəqaqinin saxlanıldığı bildirilib.
Əməliyyat zamanı 120 min dollar, 80 min avro, 9 lüks qol saatı, 500 min dollar dəyərində 15 şirkət, 10 avtomobil, 17 ev və tikilidə ortaqlıq payı və 9 şirkət də müəyyən edilərək məhkəmə qərarı ilə müsadirə edilib.