NATO tükənir: Pul yoxdur

Şimali Atlantika Alyansına üzv olan Avropa ölkələri hər il əlavə 56 milyard avro büdcə çatışmazlığı səbəbindən NATO-nun müdafiə xərclərini ödəyə bilmirlər.

Heç də bütün dövlətlər alyans üçün ÜDM-in tələb olunan 2%-i həcmində vəsait ayırmır.

Bildirilir ki, son on ildə kəsir iki dəfə azalıb.

2023-cü ildə ən böyük investisiya çatışmazlığını Almaniya göstərib. Ölkə NATO üçün tələb olunandan 14 milyard avro az xərcləyib. Siyahıda sonrakı yerləri İspaniya ( -11 milyard avro), İtaliya (-10,8 milyard avro) və Belçika (-4,6 milyard avro) tutur.

Related posts

Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir

Səlahəddin Dəmirtaşa hökm oxundu – 42 il həbs

Rusiyada universitet qızılcaya görə karantinə bağlandı