Torpaqdan əl çəkmirik, müharibə 3 saata da baş verə bilər – Edvard Asryan 

Müharibə bir saata, iki saata, üç saata, bir ildən sonra, iki ilə, 5 ildən sonra başlaya bilər.

Bunu Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərə 4 kəndin Azərbaycana verilməsi məsələsi ilə bağlı sualı cavablandırarkən deyib.

O əlavə edib ki, heç kim nə Vətənini satır, nə də torpaq təhvil verir.

“Kim dedi? Mən silahlı qüvvələrə rəhbərlik edirəm, silahlı qüvvələr ona verilən tapşırıqları yerinə yetirir. Müharibə bir saata, iki saata, üç saata, bir ildən sonra, iki ilə, 5 ildən sonra baş verə bilər. Biz torpaqdan əl çəkmirik”, – o qeyd edib.

Related posts

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi – SƏRƏNCAM

Mehriban Əliyeva veteranları təbrik etdi

Faşizm üzərində qələbədən 79 il ötür