Elan olundu: Müharibəyə hazırıq! 

İrandan mümkün hücumlara qarşı gözlənilən ən müxtəlif hücum ssenarilərinə hazırıq.

Bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari deyib.

“Biz ayıq və müxtəlif ssenarilərə hazırıq. Biz vəziyyəti daim qiymətləndiririk. İDF-nin müxtəlif imkanlarından istifadə edərək strateji tərəfdaşlarımızla birlikdə hücuma və müdafiəyə hazırıq”, – o qeyd edib.

Əlavə edib ki, İran ərazisindən hücum Tehranın Yaxın Şərqdə vəziyyəti gərginləşdirməyə və başqalarının arxasında gizlənmə niyyətinin bariz sübutu olacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ağ Evin Yaxın Şərqdəki son hadisələrlə bağlı mövqeyini açıqlayaraq deyib ki, ABŞ bu təhdidlər qarşısında İsraili tam dəstəkləyir.

“Gərginliyin artması nə İranın, nə bölgənin, nə də dünyanın xeyrinədir”, – o qeyd edib.

Related posts

ABŞ-da Pasxa üçün yumurta əvəzinə kartof boyayırlar – yumurta çox bahadır

Məşhur aktyor pnevmoniyadan VƏFAT ETDİ – FOTO

Freydin otağını bəzəyən Şərqin ən gözəl xalçası Azərbaycana aiddir? – FOTO