MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və vaxtı məlum olub

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 7-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

Bu barədə MDB-nin baş katibi Sergey Lebedev Minskdə Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

“Məhdud tərkibdə Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il oktyabrın 7-də Moskvada keçirilməsi qərara alınıb”, – deyə Lebedev vurğulayıb.

Qeyd edək ki, MDB ölkələrinin liderlərinin sammiti isə oktyabrın 8-də Moskvada keçiriləcək.

Mənbə: TASS

Related posts

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər – FOTO

Ramiz Tahirovun yerinə O TƏYİN EDİLDİ – FOTO

Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir