İngilislər böyük dünya müharibəsinə hazırlaşır

Böyük Britaniya qlobal təhlükələrə cavab olaraq müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artıracaq.

Bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak Varşavaya səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.

Onun çıxışı Britaniya televiziya kanallarında yayımlanıb.

“Bu gün mən bir nəsildə milli müdafiəmizə ən böyük dəstəyi elan edirəm. Biz müdafiə xərclərini 2030-cu ilə qədər ÜDM-in 2,5%-i həcmində yeni baza səviyyəsinə yüksəldəcəyik. Proses bu gündən başlayır və hər il davamlı olaraq artacaq”, – Sunak deyib.

“Növbəti altı il ərzində biz müdafiəmizə əlavə 75 milyard funt sterlinq (93,3 milyard dollar) sərmayə qoyacağıq və bu, borclanma və ya borcları artırmadan tam maliyyələşdiriləcək”, – o əlavə edib.

Sunak bu planın həyata keçirilməsinin “Böyük Britaniyanı geniş fərqlə Avropanın ən böyük müdafiə gücünə və NATO-nun ikinci ən böyük gücünə” çevirəcəyinə inandıraraq, PUA-nın inkişafına investisiyaları artıracağını və müdafiə inkişafları sahəsində yeni bir innovasiya agentliyi yaratacağını vəd edib.

Eyni zamanda, o, Çin, Rusiya, İran və Şimali Koreyanı getdikcə aqressiv davranışda ittiham edərək Qərbin “müharibə astanasında olmadığını və bunu istəməməli olduğunu” etiraf edib.

Related posts

Petrosyan Çingiz xanın sözlərini paylaşdı: İrəvanda təşviş…

Prezidentdən nazirlə bağlı sərəncam

Kreml: Vəziyyət çox gərgindir