Rəisi İsraili HƏDƏLƏDİ

İran prezidenti İbrahim Rəisi İsraili növbəti dəfə hədələyib.

Bu barədə MK məlumat yayıb.

“Əgər respublika ərazisi yəhudi dövləti tərəfindən hücuma məruz qalarsa, ölkədən heç nə qalmayacaq”, – Rəisi xəbərdarlıq edib.

Xatırladaq ki, aprelin 13-də İran Təl-Əvivin Suriyanın Dəməşq şəhərində yerləşən İran səfirliyinə hücumuna cavab olaraq İsrailə onlarla PUA və raket zərbəsi endirib.

Qeyd edək ki, İsrailin hücumu nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə generalı və zabiti həlak olub.

Beş gün sonra yəhudi dövlət orqanları İranda obyektə hücum edib. Ertəsi gün İsrail İrana üç ballistik raket atıb.

Related posts

Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir

Səlahəddin Dəmirtaşa hökm oxundu – 42 il həbs

Rusiyada universitet qızılcaya görə karantinə bağlandı