İranlı nazir barədə həbs qərarı verildi

Argentina məhkəməsi İranın daxili işlər nazirinin həbsinə beynəlxalq order verib.

Qurum rəhbəri Əhməd Vahidi 1994-cü ildə Buenos-Ayresdə yəhudi icmasının binasının partladılmasında ittiham olunur. O, 86 nəfərin ölümünə səbəb olan hadisədə əlinin olmasında günahlandırılır.

Vahidi hazırda Pakistandan Şri-Lankaya səfər edən İran nümayəndə heyətinin tərkibindədir.

Qeyd olunur ki, Argentina Pakistan və Şri-Lanka hökumətlərinə iranlı nazirin həbs edilərək onlara təhvil verilməsi xahişi ilə müraciət edib.

Related posts

Bələdiyyə sədri həbs olundu

Vəzifəli şəxslərə cinayət işi açıldı – Meşə torpaqlarını satıblar

Gənc yazarın ölüm xəbəri həqiqəti əks etdirmir – AÇIQLAMA