Əl ilə toxunmuş ən böyük xalça təqdim olunub

Azər Əncümən xəbər portalının məlumatına istinadən misli görünməmiş olay olaraq xalçanın sahəsi 2000 kvadrat metr, çəkisi isə 8 tondur.

Bu möhtəşəm xalça Dubay şəhərində keçirilən Demotkes Sərgisində Əzimzadə Xalça Müəssisəsi tərəfidən baxışa qoyulub.

Bu incəsənət əsəri 230 nəfər ən bacarıqlı xalça toxuyan tərəfindən 8 il ərzində toxunulub. Əsər xalça toxuma incəsənəti üzrə dəqiqlik və bacarıq simvolu hesab olunur.

Xatırladaq ki, Demotkes Sərgisi 13 il intervaldan sonra 23–25 aprel tarixlərində 3 gün Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilib.

Xalça Güney Azərbaycanın xalçaçılıq gücünə dəlalət etməklə yanaşı əl-toxunuşlu formatında incəsənətin və məzmunca tarixin idafəsidir.

Related posts

İranda milli matəm elan edilib

İranın həlak olan prezidenti Ermənistana gəlməyə hazırlaşırmış

Helikopter qəzasında həlak olan Prezidentin nəşi Təbrizə göndərildi