Ana səhifə XəbərlərGüney Azərbaycanlı həkim tutduğu vəzifədən kənarlaşdırılıb

Azərbaycanlı həkim tutduğu vəzifədən kənarlaşdırılıb

Həkim Əhməd Baybverdi Güney Azərbaycanın ətraf mühitinin çirkləndirilib dağıdılmasını ifşa etdiyinə görə vəzifəsindən qovulub.

admin2

Həkim Baybverdi vəzifəsindən qovulmadan əvvəl Şərqi Azərbaycan Əyaləti Kənd Təsərrüfatı və Təbii Respuslar Tədqiqat Mərkəzinin sədri olub.

O, dünya üzrə tanınmış alimlərdən biri olmaqla əyalətin ətraf mühiti problemləri üzrə aktivist hesab olunur.

Həkim Baybverdi bundan əvvəl Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsi, Urmu Gölünün qurudulması və Azərbaycan meşələrinin məhv edilməsi barədə məlumatlar paylaşıb və dövlət cəmiyyətləri tərəfindən ətraf mühitin dağıldılması barədə “X” sosial şəbəkəsində xəbərdarlıq edib.

“Təbriz şəhəri və əyalətin Azərbaycan üçün ürəkləri çırpınanların diqqətinə! Şəhərin Tibb Elmləri Universitetinin əmlakları və sahələrinin təyinatları ticarət sahələrinə çevrilib satılır.

O cümlədən “Xələtpuşan” adlanan birinci dərəcəli münbit ərazi mənzil tikintisinə ayrılıb. Bu barədə həyəcan elan edirəm”

Həkim həmçinin 2 gün əvvəl “X” hesabında yazıb:
“Vərziqan rayonu İliqnaçayının vəziyyəti Süngün Miz Zavodunun fəaliyyəti səbəbindən çirkləndiyinə görə acınacaqlıdır.

Rəsmilərin bu barədə müdaxilə etmə və tədbir görmələri vacibdir. Vərziqanın misilsiz və münbit bölgəsi zavodun fəaliyyəti nəticəsində çirkləndiricilərlə basılıb”.

Mədəni aktivistlər onun vəzifəsindən gecəliklə və ani qovulması səbəbinin Azərbaycanın ətraf mühiti barədə ifşa etmələri olduğunu bildiriblər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00