“Fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu – VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib.

Bu barədə idarədən məlumat verilib.

Qeyd olunub ki, bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək.

Xatırladaq ki, adıçəkilən uşaq bağçasının fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.

Related posts

Bələdiyyə sədri həbs olundu

Lənkəranda Regional Travmatoloji Mərkəz yaradılacaq

Rayondan Bakıya oxumağa gələn tələbəyə lazım olan bir illik məbləğ – 15-18 min manat