Mağaza sahibləri açıq-saçıq geyim satışı bəhanəsi ilə həbs ediliblər

Şiraz şəhərində bir neçə sahibkar və mağaza sahibi açıq-saçıq geyim satışı və sosial şəbəkələrdə müasir geyimlərin təbliğatını apardıqlarına görə saxlanılıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatı – HRANA verdiyi xəbərə əsasən, məlumat yayıb.

Məlumata görə, həbs edilənlərin geyim reklamlarını yayan sosial media səhifələri də bağlanıb, adminlər haqqında cinayət işi açılıb.

“Tasnim” xəbər agentliyi isə tutulanların mağazalarının bağlanıldığını, fəaliyyətlərinin qadağan edildiyini bildirib.

 

Related posts

İranda milli matəm elan edilib

İranın həlak olan prezidenti Ermənistana gəlməyə hazırlaşırmış

Helikopter qəzasında həlak olan Prezidentin nəşi Təbrizə göndərildi