Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Related posts

Yunanıstan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Şri-Lanka Prezidenti Azərbaycan liderini təbrik edib

Serbiya Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir