Ana səhifə XəbərlərMədəniyyət Azad edilmiş ərazilərdə çəkilən “Azərbaycan” mahnısının klipi təqdim edildi

Azad edilmiş ərazilərdə çəkilən “Azərbaycan” mahnısının klipi təqdim edildi

admin

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Biriyinin təşkilatçılığı ilə “Zəfər üçün oxu” layihəsi çərçivəsində hazırlanan klipin təqdimatı olub.

Çəkilişləri azad edilmiş ərazilərdə baş tutan klipin təqdimat mərasimi “Nizami” Kino Mərkəzində” keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, qazilər, hərbçilər və vətəndaşlar iştirak edib.

Bildirilib ki, layihənin məqsədi vətən sevgisi, zəfər sevincini dinləyicilərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, eyni zamanda Qarabağ uğrunda döyüşən igidləri bir araya gətirməkdir.

“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısı ərsəyə gətirilib. Mahnının sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya, musiqisi Bəbir Bəbirliyə məxsusdur.

“Azərbaycan” mahnısında “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, o cümlədən “Vətən mübaribəsi istirakçısı” medalları ilə təltif olunan III qrup Qarabağ əlili Məbud Əhmədov, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Murad Bayramlı, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Cahangir Əliyev ifa edib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00