Ana səhifə XəbərlərMədəniyyət Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

admin2

Əməkdar artist Afaq Abbasova İtaliyanın Lukka şəhərində görkəmli italyan bəstəkarı Cakomo Puççininin şah əsəri olan “Madama Butterfly” operasında çıxış edib.

Opera 120 illiyində Teatro del Giglioda yenidən şəhnələşdirilib. “Madama Butterfly” rolunu Afaq Abbasova ifa edib, tamaşanın dirijoru Alessandro D’aqustino olub.

Tamaşa ilə bağlı təəssüratlarını dilə gətirən Əməkdar artist deyib: “Maestronun şəhərində onun şah əsəri, fəlsəfi mənada mürəkkəb vokal texnikasına malik, obraz baxımından isə olduqca çətin olan “Madama Butterfly” rolunu ifa etmək mənim üçün həm şərəfli, həm də məsuliyyətli idi. Tamaşa və mənim ifam böyük alqışlarla qarşılandığı üçün çox sevincliyəm. “Madama Butterfly” operası ilə maestronun vətənində debüt etmək ayrı bir zövq idi. Mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00