Ana səhifə XəbərlərGüney İranın yeni naziri neft hasilatını artırmaq niyyətindədir

İranın yeni naziri neft hasilatını artırmaq niyyətindədir

admin

İranın yeni neft naziri Möhsün Paknejad karbohidrogen hasilatını artırmaq planlarını açıqlayıb.

Onun fikirlərini İranın Şana agentliyi yayıb.

Parlament avqustun 21-də Paknejadı nazir vəzifəsində təsdiqləyib.

O, bildirib ki, 2026-cı ilin mart ayının sonuna qədər İranda neft hasilatının sutkada 400 min barel artacağını gözləyir.

Hazırda İranda 74 neft və 22 qaz yatağı istismar olunur. Ölkənin ümumi karbohidrogen ehtiyatları 1,2 trilyon barel təşkil edir.

2018-2021-ci illərdə Paknejad neft nazirinin müavini vəzifəsində çalışıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00