Ana səhifə XəbərlərGüney İranın erməni deputatından Zəngəzur dəhlizi AÇIQLAMASI

İranın erməni deputatından Zəngəzur dəhlizi AÇIQLAMASI

admin2

“İranda siyasi qərarların qəbuluna təsir edən ən nüfuzlu ekspertlər daim deyirlər ki, Tehran heç bir halda Zəngəzur dəhlizinin açılmasına imkan verməməlidir, çünki bu, İranın 100 illik gələcəyinə təhlükə yaradacaq. Onlar Ermənistan sərhədinin toxunulmazlığını İranın uzunmüddətli inkişafının açarı hesab edirlər”.

Bu sözləri İran parlamentinin üzvü Robert Beqlaryan yerli mediaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi ancaq Bakı və Ankara üçün strateji əhəmiyyət kəsb edir.

Deputat qeyd edib ki, Türkiyə və Azərbaycan müxtəlif bəyanatlarla İranın mövqeyini yumşaltmağa çalışır, lakin İran rəhbərliyi belə bir təhlükənin mövcud olduğunu bilir.

“İranın regionda sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinə vurğusu dəyişməyib, lakin vəziyyət çox sürətlə dəyişir, bağlı qapılar arxasında çox şey müzakirə olunur”, – deyə erməni əsilli deputat xislətinə uyğun qorxusunu gizlətməyib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00