Ana səhifə XəbərlərDünya Çin bütün ölkələrə çağırış etdi: QARŞI ÇIXIN

Çin bütün ölkələrə çağırış etdi: QARŞI ÇIXIN

admin

Dünyanın bütün ölkələri hegemonluq və güc siyasətinə qarşı çıxmalı, beynəlxalq münasibətlərin demokratikləşməsini həyata keçirməlidir.

Bunu Çinin xarici işlər naziri Van İ BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışında deyib.

“Biz bərabərhüquqlu və nizamlı çoxqütblülüyün tərəfdarı olmalı, ölçülərindən asılı olmayaraq bütün ölkələrin çoxqütblü sistemdə öz yeri və roluna malik olmasını təmin etməliyik. Biz əsl çoxtərəfliliyi həyata keçirməli, hegemonluq və güc siyasətinə qarşı çıxmalı, beynəlxalq münasibətlərin demokratikləşməsini reallaşdırmalıyıq”, – bəyanatda deyilir.

O, birgə məsləhətləşmələr, tikinti və təcrübə mübadiləsi prinsipinə riayət edilməsinin, qlobal idarəçiliyin daha ədalətli və ağlabatan istiqamətdə inkişafına kömək etməyin zəruriliyini qeyd edib.(Report)

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00