Ana səhifə XəbərlərMədəniyyət “Türk dünyasından hekayələr” kitabı nəşr olunub

“Türk dünyasından hekayələr” kitabı nəşr olunub

admin

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Gənclər Fondunun dəstəyi ilə nəşr olunan “Türk dünyasından hekayələr” kitabı oxuculara təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, BDU-nun doktorantı və müəllimi, layihə rəhbəri Məleykə Mirzəli “Türk dünyası hekayələrdə” layihəsi barədə məlumat verib. Qeyd edib ki, bu kitab gənclərdə Türk dünyasına, türk xalqlarına, onların çağdaş ədəbiyyatına, ümumilikdə isə mütaliə mədəniyyətinə maraq yaratmaq məqsədi daşıyır.

Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov çıxışında bildirib ki, qədim tarixə malik, dünya mədəniyyətinə misilsiz töhfələr verən türk xalqlarının ədəbiyyatını tanıtmaq və gənclər arasında təbliğatı baxımından bu nəşr təqdirəlayiqdir.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı Sibirdən tutmuş Avropaya qədər uzanan coğrafiyaya yayılmış türk xalqlarının hazırkı ədəbiyyatının təbliğ edilməsinin önəmini vurğulayıb.

Sonra BDU-nun Ədəbiyyat tarixi kafedrasının dosenti Məti Osmanoğlu, həmin kafedranın professoru Yeganə İsmayılova layihənin önəmindən bəhs ediblər. Qeyd olunub ki, antologiya səciyyəli hekayələr kitabından tədris zamanı tələbələr də yararlana bilərlər. Həmçinin bu nəşrdən ölkəmizdə türkoloji tədqiqatlarda da faydalı vəsait kimi istifadə olunacaq.

Çıxışlardan sonra gənc ədəbiyyatçı-tədqiqatçılar kitabda yer alan hekayələri təhlil ediblər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00