Ana səhifə XəbərlərMədəniyyət Elçin Əliyev Bakının memarlığı haqqında mühazirə oxuyacaq

Elçin Əliyev Bakının memarlığı haqqında mühazirə oxuyacaq

Tədbir “Nine Senses” incəsənət mərkəzində keçiriləcək

redaktor

Bu gün tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev “Bakı şəhərinin memarlığı” mövzusunda mühazirə ilə çıxış edəcək.

Tədbir “Nine Senses” incəsənət mərkəzində keçiriləcək.

Peşəkar fəaliyyəti illərində Elçin Əliyev beynəlxalq mükafatlara layiq görülmüş 70-dən çox memarlıq və dizayn layihəsini həyata keçirib.

O, Ümumdünya Memarlıq Konqreslərinin fəal iştirakçısıdır. Onun “Konstruktivizm dövrü. XX əsrin 1920–1930-cu illərinin Bakı memarlığı” kitabı Şərqi Avropa və MDB ölkələri arasında ilin ən yaxşı çap nəşri üzrə XIV Beynəlxalq müsabiqənin I dərəcəli diplomuna layiq görülüb.

2016-cı ildə Elçin Əliyev Bakı Memarlıq Klubunun prezidenti seçilib. 2017-ci ildə o, (yazıçı G.A.Rzayeva ilə birlikdə) “Pəncərə – mədəniyyətə baxış” İntellektual Klubunu təsis edib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00