565
Yunanıstanın Saloniki şəhərindəki Plaz Aretsusda meydanında 23-cü “Xeyirxahlıq üçün qida” (“Food for Good”) – ənənəvi Beynəlxalq Qida Festivalı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, festivalda hər il 40-dan çox ölkənin mətbəxi nümayiş olunur və 2000-dən artıq ziyarətçisi olur.
Saloniki şəhərindəki Plaz Aretsusda meydanında “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə qurulmuş guşədə milli mətbəximizin ləziz təamları, müxtəlif çeşidli şirniyyatlar, Azərbaycan çayı və şərabı iştirakçılara təqdim olunub.
Qeyd edək ki, tədbirdə toplanan vəsait Yunanıstanın Filiro bölgəsində yerləşən uşaq evinə ianə edilir.