Ana səhifə XəbərlərMədəniyyət Bakıdakı Rus evində Yeni il qabağı estrada musiqisi konserti təşkil olunacaq

Bakıdakı Rus evində Yeni il qabağı estrada musiqisi konserti təşkil olunacaq

admin2

“Rus qışı” festivalı çərçivəsində Bakıdakı Rus evində dekabrın 20-də Yeni il qabağı estrada musiqisi konserti təşkil olunacaq. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən bildiriblər ki, konsert proqramında Azərbaycan, rus və xarici estradalarının tanınmış müasir hitləri və artıq klassikaya çevrilmiş vokal və instrumental əsərləri səsləndiriləcək. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova, Fərhad Ələkbərov, Əlyar Əliyev, beynəlxalq müsabiqələr laureatı Emil Malıqin, BMA-nın məzunları Əminat Əhmədova və Nərgiz Məmmədova musiqi şlyagerlərinin bayram abu-havasını hiss etməyə kömək edəcəklər.

Konsertin aparıcısı və layihənin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakinadır.

Tədbir saat 19.00-da başlanacaq.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00