137
Azərbaycanda bir sıra təhsil müəssisələrində cari təmir işləri aparılacaq.
Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.
Belə ki, Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdə, rayonun Nərəcan və Qadaşoba kənd tam orta məktəblərində, eləcə də Siyəzən şəhər 3 nömrəli tam orta məktəbdə təmir işləri aparılacaq.
Nazirlik təmir işlərini “SS İnşaat” şirkətinə həvalə edib və şirkətlə dəyəri 930.138,08 manat olan müqavilə bağlayıb.