Ana səhifə XəbərlərCəmiyyət Tanınmış aparıcı televiziyadakı vəzifəsindən getdi – FOTO

Tanınmış aparıcı televiziyadakı vəzifəsindən getdi – FOTO

admin2

Tanınmış aparıcı Günel Gözəlova çalışdığı MTV Azərbaycan televiziyası ilə yollarını ayırıb.

Bu barədə jurnalist özü məlumat verib.

“Artıq bir aydır müvafiq kanalla əməkdaşlığımı dayandırmışam. Doğrusu, rəhbərlik 6 gün ərizəmə qol çəkmək istəmədi, ancaq sonda halallaşdıq”, – deyə o qeyd edib.

Qeyd edək ki, telejurnalist indiyədək bir çox vəzifələrdə – Azərbaycan Dövlət Televiziyasında, “Lider TV və Azərbaycan Radiosu” MMC-də, Azərbaycan Memarlıq və İnşaat Universitetində Mətbuat katibi, Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri, nazirin sözçüsü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Media və Təhsil sahəsi üzrə Vitse- Prezidenti kimi kimi fəaliyyətini davam etdirib.
O son olaraq 2023-ün iyulunda “MTV Azərbaycan” televiziya kanalının baş redaktoru təyin olunmuşdu.

Billurə

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00