Ana səhifə XəbərlərMədəniyyət Azərbaycanın gənc rejissorlarının filmləri Hindistanda nümayiş olunacaq

Azərbaycanın gənc rejissorlarının filmləri Hindistanda nümayiş olunacaq

admin

Azərbaycanın gənc kinematoqrafçılarının filmləri oktyabrın 15-dən 19-dək Hindistanın Əhmədabad şəhərində keçiriləcək yeddinci Alpavirama Beynəlxalq Gənclər Film Festivalında nümayiş olunacaq. Bu, Azərbaycan Kinematoqrafçılar İttifaqının Alpavirama Beynəlxalq Gənclər Film Festivalı ilə əməkdaşlığı nəticəsində reallaşıb.

İttifaqdan  bildirilib ki, bu il ilk dəfə festivalın “Xüsusi filmlər” bölməsinə azərbaycanlı rejissorlar Ülviyyə Əhmədovanın “Mən uşaq olmuşam”, Aynur Kazımovanın “Unudulmuş arzular”, Türkan Hüseynin “Sonuncu foto” və Ruslan Mollayevin “Sınaq” filmləri də daxil edilib.

“Əks olunan reallıqlar” mövzusuna həsr olunmuş builki festivalda ilk dəfə Azərbaycan Kinematoqrafçılar İttifaqı və Braziliya San-Paolo Universiteti xüsusi nümayiş proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, Alpavirama (sanskrit dilində “vergül”) 2011-ci ildən Hindistanın Əhmədabad şəhərində Milli Dizayn İnstitutunda Film və Video Kommunikasiya şöbəsi tərəfindən təşkil olunan Beynəlxalq Gənclər Film Festivalıdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00