247
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
AFFA-dan verilən məlumata görə, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı U-21-in heyətinə cəlb olunub.
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Şimali İrlandiya, oktyabrın 15-də isə İngiltərə yığması ilə səfərdə qarşılaşacaq.
Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.