Ana səhifə XəbərlərDünya “Bugatti” 500-lə gedən maşın hazırlayır – FOTO

“Bugatti” 500-lə gedən maşın hazırlayır – FOTO

admin

“Bugatti” şirkətinin baş direktoru Mate Rimac 500 km/saat (310 mil/saat) maneəni aşmaq kimi yeni iddialı hədəfini açıqlayıb.

Rimac Michelin mühəndisləri ilə aktiv müzakirələr aparıb. Müzakirə mövzusu 500 km/saatdan çox sürətlə həddindən artıq yüklərə tab gətirə bilən təkərlər olub.

Yeni rekordun W16 mühərrikli hibrid sistemlə təchiz edilmiş 1800 at güclü hiperkar Bugatti Tourbillon-un köməyi ilə müəyyən edilməsi planlaşdırılır.

Lakin “Bugatti” “Volkswagen Group”dan ayrıldıqdan sonra şirkət əvvəllər “Veyron” və “Chiron”la rekordların əldə olunduğu “Ehra-Lessien” trekinə çıxışını itirib.

Rekord yürüşü üçün mümkün məkanlar arasında “Papenburg”, Floridadakı (ABŞ) “Kennedy” Kosmik Mərkəzinin uçuş-enmə zolağı və ya “Koenigsegg”in etdiyi kimi ümumi istifadədə olan yolun müvəqqəti bağlanması nəzərdən keçirilir.

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00