Ana səhifə XəbərlərDünya Ukraynaya 178 mlrd dollardan çox yardım edilib – ISW

Ukraynaya 178 mlrd dollardan çox yardım edilib – ISW

admin2

2022-ci ilin fevralında Rusiyanının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan indiyədək Kiyevə Şimali Amerika, Avropa və Asiya ölkələrindən ümumilikdə 178 milyard dollardan çox yardım alıb.

Bu barədə Müharibənin Tədqiqi İnstitutunun  (ISW) hesabatında deyilir.

ISW-nin hesablamalarına görə, Ukraynaya ən çox yardım edən Aİ və ona üzv ölkələrdir.

Aİ və ona üzv ölkələr indiyədək Ukraynaya 148,5 milyard dollar yardım edib. Bu məbləğə həmçinin bu yaxınlarda elan edilmiş 50 milyard avroluq dəstək paketi də daxildir.

Qeyd edək ki, Azərbaycan da Ukraynadakı müharibə ilə əlaqədar dəfələrlə yardım göndərib. Yaranmış böhranla əlaqədar Azərbaycanın Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımın ümumi məbləği artıq 33 milyon ABŞ dollarından çoxdur.

Həyata keçirilən humanitar yardım fəaliyyətləri çərçivəsində müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00