Ana səhifə XəbərlərGüney İranda iki siyasi məhbus haqqında edam qərarı verildi

İranda iki siyasi məhbus haqqında edam qərarı verildi

admin

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindəki İnqilab Məhkəməsi siyasi məhbuslar Mehran Həsənzadə və Həmid Abdullahzadəyə edam hökmü çıxarıb.
Bu barədə İran İnsan Hüquqları (HRAN) təşkilatı məlumat yayıb.

HRAN-ın açıqlamasına görə, Mehran Həsənzadə “dövlətə xəyanət”də, Həmid Abdullahzadə isə “müxalifət partiyasına üzv olmaq”da ittiham olunur. Həsənzadənin İran İnqilab Keşikçiləri Qvardiyasının və bəsic silahlı qüvvələrinin bir üzvünü öldürdüyü iddia edilir.

HRAN-ın hesabatında vurğulanır ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin eyni dövrünədək İranda azı 811 nəfər edam edilib.

Bundan əlavə, “Radio Farda” bildirir ki, qadın hüquqları müdafiəçisi və siyasi məhbus Atefə Rəngrizin həbs müddəti daha yeddi il artırılıb. Onun “Telegram qrupu yaratmaq” və “sistem əleyhinə təbliğat” aparmaqda təqsirli bilindiyi qeyd olunur. Atefə Rəngrizin vəkili Hüseyn Tacın məlumatına görə, cəza müddəti onun məzuniyyətdə olduğu zaman artırılıb.

Son illərdə Atefə Rəngriz bir neçə dəfə həbs olunub və müxtəlif ittihamlarla üzləşib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00