Ana səhifə XəbərlərHadisə DSX Akademiyasının kursantının ölümündə günahlandırılan sürücü məhkəmə zalında həbs edildi

DSX Akademiyasının kursantının ölümündə günahlandırılan sürücü məhkəmə zalında həbs edildi

admin2

Qəbələ Rayon Məhkəməsində piyadanı vurub öldürərək qaçmaqda təqsirləndirilən Ramiz Qəribovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ramiz Qəribovun barəsində verilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki,  2023-cü il fevralın 13-də saat 19 radələrində Qəbələ rayonu, Uludaş kəndində yaşayan 1982-ci il təvəllüdlü Ramiz Eyyub oğlu Qəribov idarə etdiyi QAZ-3102 markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndindən Tikanlı kəndi istiqamətində hərəkətdə olarkən piyada 2003-cü il təvəllüdlü Laçın Tərlan oğlu Mahmudovu vuraraq qaçıb.

Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Qəza zamanı dünyasını dəyişən Laçın Mahmudov Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantı olub.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00