İran və Azərbaycanın müştərək təlimi iki ölkə arasında qarşılıqlı etimadın artdığını göstərir və inşallah, bu, İran və Azərbaycanın tarixində dönüş nöqtəsi olacaq və bu həssas bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasına səbəb olacaq.
Bunu İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib .
O bu təlimləri İran və Azərbaycan arasında qardaşlıq münasibətlərinin və mehriban qonşuluğun getdikcə möhkəmlənməsinə dəlalət edən mühüm hadisə adlandırıb.
Vilayəti əlavə edib ki, son illərdə Ukrayna hadisəsindən sonra ABŞ NATO pərdəsi altında Cənubi Qafqaz regionuna nüfuz etmək və praktiki olaraq Rusiyanın diqqətini Ukraynadan Cənubi Qafqaza cəlb edəcək alternativ yaratmaq niyyətində olub.
“İran Amerikanın və onun regional müttəfiqlərinin təsirinə qarşı qətiyyətlə müqavimət göstərib və onun şimal-qərb sərhədləri boyunca belə bir sui-qəsdin yaranmasının qarşısını alıb, nəticədə NATO İranın ərazi bütövlüyünə daimi təhlükə yaradır”, – o qeyd edib
Vilayəti bildirib ki, bununla da Qərb və NATO Cənubi Qafqazla bağlı düzgün niyyətləri olmayan addımlar atdığını nümayiş etdirib.
Zəngəzur dəhlizi məsələsinə toxunan Vilayəti bunları qeyd edib: “İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması ondan irəli gəlirdi ki, Qərb və Amerika NATO timsalında Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya vasitəsilə şərqdən qərbə nəqliyyat yaratmaq istəyib. Bu gizli niyyətin dərinliyini ancaq İran anladı. Qərbdən fərqli olaraq, İran həqiqətən də azərbaycanlı qardaşlarının mənafeyini və rifahını istəyir.
Bu məsələdə qarşılıqlı anlaşma üçün vaxt lazım idi və indi biz ümumi nəticələr əldə etmişik ki, bir neçə ay ərzində üç birgə manevr həyata keçirilib. Bu, iki ölkə arasında qarşılıqlı etimadın artmasından xəbər verir”, – İranın Ali Rəhbərinin müşaviri yekunlaşdırıb.