Ana səhifə XəbərlərMünaqişə TƏCİLİ! Ermənilər Naxçıvan istiqamətində TƏXRİBATA HAZIRLAŞIR – Bunkerlər və istehkamlar… FOTOLAR

TƏCİLİ! Ermənilər Naxçıvan istiqamətində TƏXRİBATA HAZIRLAŞIR – Bunkerlər və istehkamlar… FOTOLAR

admin

Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələri bunker və beton tipli hücum xarakterli istehkamlar inşa edir.

Musavat.com xəbər verir ki, bu barədə @GSSR44 telegram səhifəsi məlumat yayıb.

Qeyd edilib ki, şərti sərhəd istiqamətində mühəndis istehkam işləri aparan düşmən eyni prosesi Naxçıvan istiqamətində də həyata keçirir.

Digərlərindən fərqli olaraq, fotolarda gördüyünüz çoxməqsədli istehkamların ikisi də yeni çəkilmiş bir təminat yolu və bir istiqamət üzərində tikilib. İstehkamların bir-biri ilə əlaqəsi var.

İstehkamlar Naxçıvanın bir neçə kilometrliyində yerləşir. Naxçıvan istiqamətində də Ermənistanın bu kimi addımları, Ermənistanın sülhdə maraqlı olmadığını və Azərbaycana qarşı revanşist, məkrli planlarının olduğunu bir daha sübut edir.

Həmin fotoları təqdim edirik.

Musavat.сom

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00