Ana səhifə XəbərlərMünaqişə Almaniyada sanksiyaları pozmaqda şübhəli bilinən gəmi saxlanılıb

Almaniyada sanksiyaları pozmaqda şübhəli bilinən gəmi saxlanılıb

admin2

Almaniya gömrükçüləri Rusiyaya qarşı sanksiyaları pozmaqda şübhəli bilinərək Rostok limanında gəmi saxlayıblar.

Bu barədə “Suddeutsche Zeitung” qəzeti Rostok Limanlar və Dəniz Administrasiyasına istinadən məlumat yayıb.

“Gəmidə Avropa İttifaqının sanksiyalarına məruz qalan malların olması səbəbindən gəmi gömrük nəzarətinə götürülüb. Beləliklə, limanı tərk etmək qadağandır”, – deyə idarənin mətbuat xidmətindən bildirilib.

Söhbət Marşal adaları bayrağı altında Rusiyadan üzən 193 metrlik yük gəmisindən gedir.

Gəmi pərvanələrdə yaranan problem səbəbindən Rostok limanına daxil olub.

Gəminin göyərtəsində hansı yükün Almaniya gömrüyündə şübhə doğurduğu açıqlanmır, lakin Stralsunddakı baş gömrük idarəsi Aİ-yə daxil olan istənilən malın nəzarət və yoxlamadan keçirildiyini iddia edir.

Bundan əvvəl Hindistan anti-Rusiya sanksiyalarından dəyən ziyandan şikayətlənmişdi.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00