Ana səhifə XəbərlərMədəniyyət Kinematoqrafçılar üçün ingilis dili kursu layihəsinə qəbul elan edilib

Kinematoqrafçılar üçün ingilis dili kursu layihəsinə qəbul elan edilib

admin

Azərbaycan Kinematoqrafçılar İttifaqı “FilmEnglish – kinematoqrafçılar üçün ingilis dili kursu” layihəsinə qəbul elan edib.

İttifaqdan  bildirilib ki, layihənin əsas məqsədi gənc kinematoqrafçıların kino dünyasında çox əhəmiyyətli olan ingilis dili biliyinin təkmilləşdirilməsidir.

Üç ay davam edəcək kurslarda iştirak pulsuzdur. Dərslər həftədə 2 dəfə olmaqla, axşam saatlarında keçiriləcək. İngilis dili kursuna qatılmaq istəyən şəxslər məlumatlarını PDF formatda bir səhifədən çox olmamaqla, yazılı portfolionu info@aki.az elektron ünvanına “AKİ-nin ingilis dili dərsi kursu” başlığı ilə göndərməlidirlər.

Müraciətlər yanvarın 25-dək qəbul olunur.

Layihədə iştirak ödənişsizdir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00