Ana səhifə XəbərlərDünya Ərdoğandan ortaq türk əlifbası ÇAĞIRIŞI

Ərdoğandan ortaq türk əlifbası ÇAĞIRIŞI

admin2

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Astanada keçirilən 10-cu liderlər sammitində deyib.

Onun sözlərinə görə, bu, dövlətlər arasında humanitar əlaqələri gücləndirər.

“Dil bizim birliyimiz üçün çox vacibdir, ortaq əlifba çox vacibdir. Prezidentlərin dəstəyi də çox önəmlidir. Ali Təhsil Şurasımız təşkilatın katibliyinə öz tövsiyələrini verdi. Ümid edirik ki, bu, yüksək qiymətləndiriləcək”, – deyə Ərdoğan bildirib.

O, 2024-cü ildə vaid əlifbanın yaradılmasına başlamaq üçün işə çağırıb. Türkiyə prezidentinin sözlərinə görə, bütün türk ölkələri qarşılaşdıqları problemlərlə effektiv şəkildə mübarizə aparmaq üçün birlikdə olmalıdırlar.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00