Ana səhifə XəbərlərMünaqişə Zelenski Qərbdən nüvə silahı və hərbi kontingent tələb etdi

Zelenski Qərbdən nüvə silahı və hərbi kontingent tələb etdi

admin

Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin Kiyevi NATO-ya qəbul etmədiyi təqdirdə, ölkəsinə nüvə silahı və hərbi kontingent göndərməli olduğunu bildirib.

Britaniyalı jurnalist Pirs Morqana müsahibəsində danışan Zelenski, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Qərbin daha qətiyyətli addımlar atmalı olduğunu vurğulayıb.

“Bizə nüvə silahlarını geri qaytarın, raket sistemləri verin”, – deyə Ukrayna lideri bildirib.

Onun bu bəyanatı beynəlxalq arenada müzakirələrə səbəb olub və Qərbin Ukraynaya dəstəyi ilə bağlı yeni mübahisələri gündəmə gətirib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00