Ana səhifə XəbərlərDünya Putinin qəddarlığının artıq heç bir həddi yoxdur – Alman nazir

Putinin qəddarlığının artıq heç bir həddi yoxdur – Alman nazir

admin2

Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı  müharibəsindəki qəddarlığın artıq heç bir həddi yoxdur.

Bu fikri Almaniyanın xarici işlər naziri Annalena Berbok “Funke” media qrupuna müsahibəsində deyib.
Berbokun sözlərinə görə, Putin sülh danışıqları aparmaq istəmir.

“O, rasional arqumentlərin və bəşəriyyətin dəyərlərindən kənarda olduğunu daha aydın şəkildə göstərir. Və o, qətiliklə danışıqlar aparmaq istəmir”, – Berbok qeyd edib.

Almaniyalı nazir onu da bildirib ki, Avropa “Putinin insanlıqdan çıxarma kursu” ilə qorxuya düşməyə imkan verməyəcək.

“Çünki biz Avropada sülhə və bəşəriyyətə yalnız öz gücümüzlə nail ola bilərik”, -o vurğulayıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00