Ana səhifə XəbərlərMədəniyyət Azərbaycanda ilk dəfə Fikrət Əmirov I Ümumrespublika musiqi festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə Fikrət Əmirov I Ümumrespublika musiqi festivalı keçiriləcək

admin

Martın 4-dən 9-dək Azərbaycanda ilk dəfə görkəmli bəstəkar Fikrət Əmirovun adını daşıyan Gəncə Dövlət Filarmoniyasının təqdimatında Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı baş tutacaq.

Festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramı, “Gəncənin döyünən ürəyi” adlı film və kitabın təqdimatı, “Sevil” operası, “Min bir gecə” baleti nümayiş etdiriləcək.

Martın 9-da baş tutacaq festivalın təntənəli bağlanış mərasimi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yaradılmasının 90 illik yubileyinə həsr olunacaq.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00