Ana səhifə XəbərlərMədəniyyət Balaş Azəroğlunun anım günüdür

Balaş Azəroğlunun anım günüdür

admin2

Azərbaycanın Xalq şairi, ədəbiyyatşünas, filoloq alim Balaş Azəroğlunun #anım günüdür
(Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921, #Bakı – 24.04.2011, Bakı).

#Şair #BalaşAzəroğlu 1938-ci ildə ailəsi ilə birgə Güney Azərbaycanın #Ərdəbil şəhərinə köçdüyü üçün təhsilini orada fars ibtidai məktəbində davam etdirib. 1941-ci ildə #GüneyAzərbaycan Milli Azadlıq Hərəkatına qoşulan Balaş Azəroğlunun yaradıcılığında siyasi #lirika ön plana keçib.
“Vətən yolunda” qəzeti redaksiyasının keçirdiyi bir müsabiqəsində “#Səttarxan” şeirinə görə ödülə layiq görülən Balaş Azəroğlu, Azərbaycan Demokratik Firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, “Cövdət” qəzetinin redaktoru, “#Şairlər məclisi”nin Ərdəbil şöbəsinin başçısı olub (1943–1945). Sonra o, Təbrizdə Milli hökumət tərəfindən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunub, eləcə də, #Yazıçılar və Şairlər Cəmiyyəti İdarə heyətinin üzvü seçilib (1946).

Şairin Ərdəbil və #Təbriz şəhərlərində #şeir kitabları (1943, 1945) gün üzü görüb.
Balaş Azəroğlu 1947–1952-ci illərdə Bakıda ADU-nun (indiki #BDU-nun) #Filologiya fakültəsində təhsil alıb. Eyni zamanda, Güney Azərbaycan Yazıçılar Cəmiyyətinin başqanı vəzifəsində çalışıb.

Uzun illər #Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər ədəbiyyatı” şöbəsinin baş elmi işçisi işləyən şair, 1981–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının (indiki #AYB-nin) katibi vəzifəsində çalışıb. Sonrakı illərdə AYB-nin Güney Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri təyin olunub, AYB Ağsaqqallar Şurasının üzvü seçilib (1991).

Balaş Azəroğlu çoxcildlik “#AzərbaycanƏdəbiyyatı”nın həmmüəllifidir.
Nizami Gəncəvinin “#YeddiGözəl” poemasını, Füzulinin bir sıra qəzəllərini farscadan dilimizə Balaş Azəroğlu çevirib. Şəhriyarın farsca yazdığı əsərlərdən də bir neçəsini dilimizə o çevirib.
Əsərləri bir sıra dillərə çevrilən şairin “Seçilmiş əsərləri” 1996-cı ildə Tehranda (ərəb qrafikalı əlifba ilə) yayınlanıb.

Keçmiş SSRİ-nin “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri ilə, habelə (milli) “21 Azər” və digər medallarla, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət heyətinin “Fəxri fərman”ı ilə təltif edilən (1960, 1971)
Balaş Azəroğlu, 1997-ci ildə #müstəqil Azərbaycanın “#Şöhrət” ordeninə layiq görülüb.

Sayğılarla anırıq.
Ruhu şad olsun!

🇦🇿Azərbaycan Respublikası
Milli Məclisinin #MədəniyyətKomitəsi

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00