Ana səhifə XəbərlərDünya Buzlaqların əriməsi 2 milyard insanı ac-susuz qoya bilər

Buzlaqların əriməsi 2 milyard insanı ac-susuz qoya bilər

admin

Əriyən buzlaqlar dünya üzrə 2 milyard insanın qida və su təchizatında fasilələrə səbəb ola bilər.

Bu barədə “The Guardian” UNESCO-nun hesabatına istinadən məlumat yayıb.

Dünyadakı suvarılan kənd təsərrüfatı torpaqlarının üçdə ikisi, ehtimal ki, iqlim böhranı səbəbindən dağlıq ərazilərdə buzlaqların əriməsi və qarın azalmasından zərər görəcək.

1 milyarddan çox insan dağlarda yaşayır və onların yarısı inkişaf etməkdə olan ölkələrdə artıq qida çatışmazlığı ilə üzləşir. Vəziyyət pisləşə bilər, çünki belə regionlarda qida məhsullarının istehsalı dağ sularından, qarın və buzlaqların əriməsindən asılıdır. Bu nəticə “World Water Development Report 2025” hesabatında qeyd edilib.

Bildirilib ki, inkişaf etmiş ölkələr də risk zonasındadırlar.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00