Ana səhifə XəbərlərDünya Ermənistan tədarük olunmayan silahlara görə Rusiyanı məhkəməyə verməkdən imtina edib

Ermənistan tədarük olunmayan silahlara görə Rusiyanı məhkəməyə verməkdən imtina edib

admin2

Ermənistan tədarük olunmayan silahlara görə Rusiyanı məhkəməyə verməkdən imtina edib.

Bu barədə Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan bu gün parlamentdə keçirilən brifinq zamanı jurnalistlərə bildirib.

Sarkisyan qeyd edib ki, Ermənistan tədarük olunmayan silahların pulu qaytarılmadığına görə Rusiyanı məhkəməyə verməyəcək.

Onun sözlərinə görə, yaranmış problem qarşılıqlı tərəfdaşlıq şəraitində həll edilməlidir:

“Silah tədarük olunmamasına baxmayaraq, məsələ məhkəməyə qədər gedib çıxmayacaq”.

Xatırladaq ki, 24 noyabrda Baş nazir Nikol Paşinyan Moskvanın İrəvana silah tədarükünü gecikdirməsi barədə açıqlama vermişdi.

Paşinyan, hazırda problemin həlli üçün hansı mexanizmlərdən istifadə oluna biləcəyi ilə bağlı müzakirələrin aparıldığını qeyd edib.

Versiyalardan biri kimi, Ermənistanın Rusiyaya olan borcunun həmin məbləğdə (400 milyon dollar) azaldılması səsləndirilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00