Ana səhifə XəbərlərCəmiyyət Bakıda daha bir dairə ləğv edilir: Məşhur restoran SÖKÜLÜR

Bakıda daha bir dairə ləğv edilir: Məşhur restoran SÖKÜLÜR

admin

Bakıda bir dairə ləğv edilərək ərazidəki məşhur restoran söküləcək.

Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairə ləğv edilir və yerində avtomobil tuneli inşa olunur.

Tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsi – ”Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır. Nəqliyyatın hərəkətinin intensiv olduğu yolda işlər sürətlə aparılır ki, tez bir zamanda təhvil verilsin.

Obyekt işlədənlər deyirlər ki, plana düşmə ilə bağlı bildiriş alıblar. Hazırda kompensasiya məbləğinin hesablanması gedir. Bundan sonra ərazidə tunelin tikintisinə mane olan ”Şəki” restoranı və ona bitişik digər tikililər söküləcək.

Aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti də həmin ərazidə məhdudlaşdırılıb. İş icraçısı ”Xəzər Xəbər”ə bildirdi ki, yolun tam olaraq təxminən bir il yarıma qədər istifadəyə verilməsi planlaşdırılır.

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00